Qazax Müalicə Diaqnostika Mərkəzində azyaşlı əməliyyat zamanı ölüb
- 3-06-2021, 16:19
- 629
Bu barədə "Report"a Qazax Rayon Prokurorluğudan məlumat verilib.
Daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə tibbi ekspertin iştirakı ilə baxış keçirilmişdir.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, azyaşlı Fatimə Abbasova qeyd edilən Mərkəzdə cərrahiyə əməliyyatı olunması üçün anesteziya ilə bağlı intubasiya tədbirləri görülən zaman ölmüşdür.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.