Arvadını öldürən hakim barəsində həbs qətimkan tədbiri SEÇİLDİ
- 1-06-2021, 18:40
- 852
Hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. F. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə mayın 30-da gecə saatlarında paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.
Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub.