Aeroport yolunda ağır qəza - 2 ölü, 6 yaralı
- 24-05-2021, 17:01
- 841
“Mercedes Vito”da olan 8 nəfərdən 2-si vəfat edib. Digər 6 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.