Bakının mərkəzində oteldə 30 yaşlı kişi bıçaqlanıb
- 11-05-2017, 16:21
- 55 013
Hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı oteldə qeydə alınıb.
Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.