Külək zavodun damını uçurdu - Magistral yol bağlandı

Hadisə

Güclü külək Bakı-Qazax magistralının 16-cı kilometrliyində Gəncə Traktor Zavoduna məxsus şirkətin dam örtüyünü qopararaq yola atıb.
Magistralda şəhərə giriş və çıxış bir müddət bağlanıb.
Görülən tədbirlər nəticəsində yol açılıb.