Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ

Hadisə

Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ölüb.
Sabirabad şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədova Minəş Tarverdi qızı sirkə turşusu zəhərlənməsi ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının hansı səbəbdən sirkə turşusu içməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı araşdırma aparılır.