Şirvanda arvad ərini bellə döydü

Hadisə

Şirvan şəhərində döyülmə hadisəsi baş verib.
 
Hadisə şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
 
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rövşən Mikayıl oğlu həyat yoldaşı tərəfindən bellə döyülərək müxtəlif xəsarətlər alıb.
 
O, Şirvan şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.
 
Faktla bağlı araşdırma aparılır.