Göyçayda narkotiklə saxlanılan şəxsin evlərdən oğurluq etdiyi də məlum olub
- 22-04-2021, 12:04
- 615
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı R.Səfərovdan narkotik vasitə olan heroin aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində 3 fərdi yaşayış evindən müxtəlif məişət əşyaları,təmir alətləri,avtomobil şinləri, dəmir məhəccərlər, eləcə də nəqliyyat vasitəsinə aid olan digər hissələri oğurladığı məlum olub. O, ifadəsində oğurladığı həmin əşyaları müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.