Zaurun verilişindəki qadına cinayət işi açıldı
- 21-04-2021, 12:41
- 691
Bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib:
“Fakta görə Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, ATV-nin efirindəki çıxışına görə MTRŞ-nın qərarı ilə Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişinin 1 günlük yayımı dayandırılıb, telekanal isə cərimələnib.