"AAAF Park”da OĞURLUQ

Hadisə

"AAAF Park” yaşayış kompleksindəki binalardan oğurluq olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də “AAAF Park” yaşayış kompleksindəki binalardan 1 000 manat dəyərində naqil və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri M.Salamov və S.Bağırlı saxlanılıblar.