Ağsuda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb
- 17-04-2021, 09:46
- 692
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb. Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.