Bakıda 20 yaşlı qız 7-ci mərtəbədən yıxıldı
- 16-04-2021, 10:55
- 808
Hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.
2001-ci il təvəllüdlü İsazadə Gülnar Qabil qızı yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti ağırdır.