Cəlilabadda ata öldürüldü - oğlu yaralandı

Hadisə

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi ölümlə nəticələnib.
Rayonun Qarazəncir kəndində ata və oğul bıçaqlanıb. Nəticədə bıçaq xəsarəti alan Ceyhun Cabir oğlu Əliyev xəstəxanaya yerləşdirilib, atası Cabir Əliyev isə ölüb.
Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.