Şirvan sakinindən silah-sursat götürüldü
- 14-04-2021, 13:27
- 577
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri dəmir yolu stansiyasının ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovdan “Makarov” tipli tapança, 1 ədəd patron sandığı və 6 ədəd patron aşkar edilərək götürülüb.L