Eldar Mahmudova yaxın iki general həbs edildi
- 5-04-2021, 22:43
- 752
Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
19:11
xxx
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki generalı həbs edilib.
Keçmiş nazir Eldar Mahmudova yaxınlığı ilə seçilən generallar Nizami Şirinov və Mövlan Şıxəliyev hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.
Hər iki şəxs barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, N. Şirinov ləğv edilən MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi, M. Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi işləyib.