Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ
- 5-04-2021, 11:52
- 644
“Qafqazinfo” xəbər verir ki, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. İnzibatçı Qarayev Fuad Hafiz oğlu “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.
Unikal.org-un isə əldə etdiyi məlumata görə, "Neolit" restoranının sahiblərindən biri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımovdur.
Qeyd edək ki, Arif Qasımovun qaynı İsrafil həmin restoranın müdiridir.