Göyçayda dəhşət: Qardaş qardaşı bıçaqladı
- 5-04-2021, 10:10
- 577
Hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Natiq Mövsüm oğlu Soltanov aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Ramin Mövsüm oğlu Soltanova bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.
Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.