Polis iki rayonda əməliyyat keçirdi - Saxlanılanlar var

Hadisə

Kürdəmir və Şirvan rayon sakinlərində narkotik vasitələr aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şıxımlı kənd sakini M.Seyidovun yaşadığı evə baxış zamanı 1 kiloqram 262,59 qram marixuana aşkarlanıb götürülüb.
Eyni zamanda Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini Ə.Tahirlidən 1 kiloqram 230 qram heroin və 1 kiloqram 450 qram tiryək götürülüb.