Bakıda rəqqasənin pulunu vermədilər - Polisə şikayət etdi

Hadisə

Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.

Qafqazinfo-ya istinadən xəbər veririk ki, şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 04 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.

Orada Yevlax rayon sakinləri – 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.

S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.

Müraciətlə bağlı araşdırma aparılır.