Azərbaycanda itkin düşən qızı 20 yaşlı sevgilisi öldürübmüş...

Hadisə

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti şəhərin Avtozavod deyilən ərazisində zibil poliqonundan tapılıb.

Onu sevgilisi, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov qısqanclıq zəminində boğaraq öldürüb və zibillikdə gizlədib. Qətlin təxminən bir ay əvvəl törədildiyi üçün meyit eroziyaya uğrayıb.

Qətli törətməkdə şübhəli bilinən Sərdar Cəfərov saxlanılb. İstintaq davam etdirilir.