Məşhur iş adamı saxlanıldı
- 17-03-2021, 19:00
- 831
Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan İran vətəndaşı Fərzad Foroozanmehri İstanbulda saxlanılıb.
Onun yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bizneslə məşğul olan Fərzad Foroozanmehri Bakıda Azərbaycan vətəndaşı Orxan İsmayılzadənin evini 240 min manata sataraq pulu götürüb və ölkədən qaçıb.
Azərbaycan onu İnterpol vasitəsilə axtarışa verib.