Bakıda "Mercedes" piyadanı vuraraq ÖLDÜRDÜ
- 15-03-2021, 14:01
- 700
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə martın 14-də saat 6 radələrində qeydə alınıb.
Füzuli rayon sakini X.Niftəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini P.Səfərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.