Gəncədə qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb
- 15-03-2021, 10:24
- 659
Araşdırma zamanı həmin şəxsin mart ayının 10-da avtobuslarda ümumilikdə 2 vətəndaşın çantasından mobil telefon oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək oğurladığı mobil telefonları satdığını bildirib.
Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. R. İsmayılovun digər şəhər və rayonların ərazisində də analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər