Şirvanda qətl törədən şəxs Belarusda tapıldı
- 10-03-2021, 14:37
- 736
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Şirvan rayon prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kakavan Kavus Zəfər oğlunun – ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan Respublikasının vətəndaşlarından ibarət tərkibdə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan Respublikası vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalaev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan edilmişdir.
Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Belarusiya Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilmişdir.