Azərbaycanda 10 bələdiyyə sədrinə cinayət işi açılıb
- 9-03-2021, 12:15
- 653
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Onun sözlərinə görə, inzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib:
“Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”.