Yeniyetmə qız uşaq dünyaya gətirdi - 50 yaşlı kişi saxlanıldı

Hadisə

Gürcüstanın Qori bələdiyyəsinin kəndlərindən birində 13 yaşlı qız uşaq dünyaya gətirib.

Hadisə bir neçə ay öncə baş verib.

Yeniyetmə və körpə sığınacağa yerləşdirilib.

Faktla bağlı polis təxminən 50 yaşda olan kişini saxlayıb. O, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə ittiham olunur.