Ağdamda qardaş qardaşı bıçaqlayıb

Hadisə

Ağdamda qardaş qardaşı bıçaqlayıb.

Hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Qalib Balış oğlu aldığı bıçaq yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin dindirmə zamanı yaralı ailə münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqlandığını deyib.

Faktla bağlı araşdırma aparılır.