Bakıda buzda yıxılaraq xəsarət alanların sayı 22-yə çatıb
- 24-02-2021, 13:47
- 782
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.
***
11:33
Bu gün saat 11:30-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.
***
10:14
Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.