Bakıda özünü 20-ci mərtəbədən atan gənc qız avtomobilin üzərinə düşdü

Hadisə

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.

Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.