Zaqatalada qadına məxsus təqaüd kartını oğurlayan şəxs saxlanılıb
- 19-02-2021, 11:32
- 560
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Vüsal Ramazanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onun ayrı-ayrı vaxtlarda kartın balansında olan pulları çıxararaq öz əyləncəsi üçün xərclədiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.