Ağstafada qanunsuz ov edənlər saxlanıldı

Hadisə

Ağstafada qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, Ağstafa rayonu ərazisində qanunsuz ov edən Zəlimxan kənd sakini Tağı Kazımov və rayon sakini İsmandiyar Məmmədov Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində onlardan bir ədəd “Dragon” və “İJ” markalı 12 kalibirli ov tüfəngləri və bir ədəd ovlanmış dovşan aşkar edilərək götürülüb.