Dünən 33 cinayətin üstü “isti izlər”lə açılıb
- 17-02-2021, 11:58
- 776
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.