Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb
- 11-02-2021, 11:40
- 550
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri, Kənan Hüseynov və Raqif Abbasov idarə etdikləri “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. Həmin şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Rafiq Abbasov 15 gün müddətinə inzibati qaydada həbs edilərək sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib. K. Hüseynovun törətdiyi qayda pozuntularına hüquqi qiymət verilməsi üçün barəsində toplanan material Gədəbəy rayon Məhkəməsinə göndərilib.