Şirvanda qadın boğularaq qətlə yetirilib

Hadisə

Şirvanda qətl törədilib.

Hadisə ötən gecə saat 00:00 radələrində rayonun Şirvan şəhəri, Naxçıvan küçəsi 12 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızı boğularaq qətlə yetirilib. Qətlə yetirilməzdən əvvəl qadının əl-qolu bağlanıb.

Hadisənin motivi hələlik məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılır.