Xızıda saxlanılan şəxsdən narkotik aşkarlandı
- 4-02-2021, 10:50
- 539
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Şorabad qəsəbə sakini A.Sadıqov qəsəbə ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, A.Sadıqovdan sellofan torbada təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Sadıqov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.