Zaqatala sakinlərindən odlu silahlar götürülüb
- 4-02-2021, 10:48
- 690
DİN-in Mətbuat Xidmətindən Şəki regional qrupundan verilən məlumata görə, rayonun Danaçı kənd sakini İrfan Hacıyev və Aşağı Çardaxlar kənd sakini Sərxan Cəfərovun hər birindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.