Polis qanunsuz silah-sursat saxlayanlara qarşı əməliyyatlar keçirib
- 2-02-2021, 14:09
- 620
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Gəncə şəhəri Nizami Rayon Poli İdarəsinin (RPİ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini A.Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ-8” markalı nömrəsi silinmiş tüfəng və 50 ədəd patron aşkar edilərək götürülüb.
Kəpəz RPİ əməkdaşları da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyevdən “Makarov” markalı nömrəsi silinmiş tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürüblər.
Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəfəq qəsəbə sakini N.Cabbarlıdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.
İsmayıllı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Mücühəftəran kənd sakini E.Piriyevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.