Xızı sakinindən narkotik aşkarlandı - FOTO
- 30-01-2021, 11:53
- 576
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Sitalçay kənd sakini Oqtay Nəcəfov kənd ərazisində saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, O.Nəcəfovdan sellofan torbada təmiz çəkisi 490 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı O.Nəcəfov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.