"Baku Steel Company” şirkətinin rəhbərini DTX HƏBS EDİB
- 29-01-2021, 13:41
- 857
“Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Onun maliyyə maxinasiyası və yeyintidə ittiham edildiyi bildirilir. İş adamı barəsində yaxın zamanda məhkəmənin həbs qətimkan tədbiri seçməsi gözlənilir.
R.Məmmədov AMEA-nın prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb. O, R.Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dost olub.