"Bandotdel” əməliyyat keçirdi - Saxlanılan var
- 18-01-2021, 14:15
- 585
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi(Bandotdel) əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilovdan “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.