Türkiyədə özəl xəstəxanada PARTLAYIŞ - 8 nəfər öldü
- 19-12-2020, 11:11
- 730
Məlumatı “TRTHaber” yayıb.
Bildirilib ki, SANKO Universitetinin reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Məlumata görə, 20 nəfərlik reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.