Sumqayıt bazarında silahlı insident - "BMW"-dən düşərək satıcını güllələdi (FOTO)
- 15-10-2020, 18:09
- 840
Hadisə şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən bazarda qeydə alınıb.
Belə ki, naməlum şəxs "BMW" markalı avtomobildən düşərək ov tüfəngindən atəş açıb. Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan, 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu xəsarət alıb. Çoxsaylı qırma yarası alan yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.