Füzulidə daha 2 evə mərmi düşdü
- 15-10-2020, 15:49
- 909
Düşmən təxribatı nəticəsində ziyan görən Zobucuq qəsəbəsində sakinlərin əhval-ruhiyyəsi çox yüksəkdir. Qəsəbə ərazisinə bu müddət ərzində xeyli sayda mərmi düşüb. Atılan mərmilər 2 evi yararsız vəziyyətə salıb, daha bir-neçə evin yaxınlığına düşən mərmi isə ətrafa zərər yetirib.
Düşmənin bütün təxribatlarına baxmayaraq zobucuqlular ata-baba yurdlarında yaşamağa davam edirlər. Erməniləri xain adlandıran qəsəbə sakinləri fikirlərini "Report"un əməkdaşları ilə bölüşüblər.