Axtarışda olan 20 nəfər saxlanılıb

Hadisə

Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 46 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinə istinadla xəbər veririk ki, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 5 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.