Bakıda evdən 50 min manata yaxın pul oğurlandı
- 1-10-2020, 13:06
- 947
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da rayon ərazisindəki evlərin birindən 10000 manat, 10000 ABŞ dolları və 10000 avro pul olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Sübaddin saxlanılıb.
Araşdırma aparılır.