Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb
- 19-09-2020, 11:53
- 1 054
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sentyabr ayının 16-da Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kq 900 qram olan narkotik xassəli çətənə kolu və 1 kq 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.