Sabirabad rayon Gənclər və İdman İdarəsinin əməkdaşı özünü asıb
- 7-09-2020, 10:57
- 1 238
APA-nın məlumatına görə, Sabirabad sakini, 1989-cu il təvəllüdlü Rauf Əsədov mənzilində özünü asaraq intihar edib.
Hadisə yerinə prokurorluq əməkdaşları baxış keçirib, müvafiq ekspertizalar təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R. Əsədov Sabirabad Gənclər İdman İdarəsinin əməkdaşı olub. O, hadisədən 1 həftə əvvəl işdən çıxıb.