Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib, səkkiz nəfər xəsarət alıb
- 7-08-2020, 12:56
- 1 115
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.
Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.