Neftçilər Xəstəxanasında tibb bacısının pulu və pasportu oğurlandı
- 28-07-2020, 09:47
- 1 007
Belə ki, naməlum şəxs Xəstəxanada tibb bacısı işləyən şəxsin içərisində 400 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini dolabdan soyğunçuluq yolu ilə ələ keçirib.
Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi və Baş Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törtəməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vəli Əlizadə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.