"Bandotdel" əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı

Hadisə

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıt şəhərində əməliyyat keçirib.

İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyev həbs edilib.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.